ALİK MÖVLAYEV

DİREKTOR

Alik Sədir oğlu Mövlayev, 18 mart 1975-ci ildə Ermənistan Respublikasının, Basarkeçər rayonunun, Kiçik məzrə kəndində anadan olmuşdur. 1992-ci ildə Göygöl şəhər 5 saylı tam orta məktəbini bitirmişdir. Dövlət xətti ilə Türkiyə Respublikasında ali təhsil almışdır. 1999-cu ildə Anadolu Universitetinin İqtisadyyat və idarəetmə fakultəsinin Əmək iqtisadiyyatı və sənaye münasibətləri ixtisası üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2000-2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

2003-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul edilmişdir. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Müavinatlar üzrə müfəttiş vəzifəsində çalışmışdır.

2005-ci ildə vəzifədə irəli çəkilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatının Əməyin sosial-hüquq və tibbi-sosial məsələləri üzrə nəzarət sektoruna əməyin sosial-hüquq məsələləri üzrə məsləhətçi-əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 2005-2011-ci illərdə həmin vəzifədə əmək fəaliyyətini davam etdirmişdir.

2011-ci ildə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aparatının Analitik təhlil və operativ nəzarət sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 2011-2017-ci illər ərzində Xidmətin Aparatının Əmək qanunvericiliyinə dövlət nəzarətinin planlaşdırılması, analitik təhlil və operativ nəzarət sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçmişdir.

2017-ci ildə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. 2017-2020-ci illər ərzində həmin vəzifədə əmək fəaliyyətini davam etdirmişdir.

2020-ci ilin iyul ayından əmək fəaliyyətini özəl sektorda davam etdirir. Bir sıra müəssisələrdə direktor, direktor müavini, şöbə müdiri və müşavir vəzifələrində çalışmışdır.

17 noyabr 2023-cü il tarixdə "Azsfera Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. Hazırda Cəmiyyətin təsisçisi və direktorudur. Eyni zamanda bir sıra aparıcı müəssisələrdə direktor müavini və müşavir vəzifələrində çalışır.1